Bakıda özəl klinikada faciə: Əməliyyat zamanı öldü

Bakıda xarici vətəndaş cərrahiyyə əməliyyatı zamanı ölüb.

Buta.media məlumat verir ki, “Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən “Ege” hospitalında qeydə alınıb.

Bu özəl klinikada müalicə alan Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko əməliyyat masasında dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ