“Məni şikəst edib”. Flora Kərimova həkimdən şikayət etdi - video

Xalq artisti Flora Kərimova “İlkin xəbər” verilişi zamanı gözlərində uğursuz əməliyyat edildiyini açıqlayıb.

“Bu mənim üçün türmədir. Millətim bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi gözlərimdən də oxunur. Gözlər bağlıdır, kilidlidir, həbsdədir. Faktiki, bu adam məni şikəst edib”, - deyə sənətkar eynək taxmaqdan şikayətlənib.

F.Kərimova kök-hüceyrə əməliyyatı etdirdiyini, amma uğursuz alındığını söyləyib.

Süjetdə bildirilib ki, əməliyyatı kök-hüceyrə uzmanı, plastik-cərrah Sevinc Heydərova edib. 

Qeyd edək ki, F. Kərimova ilə S. Heydərova arasında qalmaqal ötən ilin əvvəlindən davam edir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ