Donetsk vilayəti uğrunda gedən döyüşlərdə daha bir həmyerlimiz Faiq Əsgərov dünyasını dəyişib.
Bu barədə “Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatının sədr müavini, Ukraynada yaşayan jurnalist Anar Natiqoğlu bildirib.
O vurğulayıb ki, vəfat edən şəxs Şəmkir rayonunun Qapanlı kəndindən olub.
Qeyd edək ki, bir neçə gün öncə də azərbaycanlı jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etmişdi.