Rusiya 300 min insanı səfərbər etməyə hazırlaşır - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya hakimiyyətinin əlavə səfərbərlik hazırladığını iddia edir.

“Deyə bilərəm ki, iyunun 1-nə Rusiya 300 min əlavə qoşun səfərbər etməyə hazırlaşır”, - Zelenski Kiyevdə Finlandiya prezidenti Aleksandr Stubbla keçirdiyi mətbuat konfransında bəyan edib.

Jurnalistlərin 2024-cü ildə Ukrayna ordusuna neçə nəfərin səfərbər ediləcəyi ilə bağlı sualını cavablandıran Zelenski “bizə yarım milyona ehtiyac yoxdur” deyib. 

Zelenski həmçinin Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskiyə Ukrayna ordusunda audit apardığına görə təşəkkür edib.

“Onun (Sırskinin) Ukrayna Silahlı Qüvvələrində əlavə güc tapması vacibdir. Cəbhədə olmayanlar cəbhəyə göndəriləcəklər”, - prezident əlavə edib

Qeyd edək ki, ötən gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski hərbi xidmətə çağırış yaş həddinin 27-dən 25-ə endirilməsi haqqında qanun imzalayıb. Ali Rada müvafiq qanunu 2023-cü ilin mayında qəbul edib, lakin Zelenski bir ilə yaxındır ki, sənədi imzalamırdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ