Müğənni Yaqut Nərimanı (Həşimova) öldürməkdə ittiham olunan həyat yoldaşı Anar Həşimov 17 il azadlıqdan məhrum edilib.
Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda oxunan hökmdə deyilir.
Müttəhim təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında baş verib. İttihama görə, 39 yaşlı Anar Həşimov 38 yaşlı həyat yoldaşı Yaqut Həşimovanı birgə yaşadıqları mənzildə bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib. Yaqut həm də Anarın xalası qızıdır. Onların birgə nikahdan bir övladı var.