Gürcüstan parlamentinin bugünkü iclası deputatlar arasında gərginlik ilə başlayıb.
1TV-nin (Gürcüstanın Birinci Kanalı) verdiyi məlumata görə, müxalif “Vətəndaşlar” (“Mokalakeebi”) partiyasından olan deputat Aleko Elisaşvili bildirib ki, hakim “Gürcü arzusu” partiyasının “Xarici agentlər haqqında” qanun layihəsinin parlamentdə yenidən müzakirəyə çıxarması hamını təhqir etmək deməkdri. Deputat hesab edir ki, bu layihə “Rusiya qanunudur”.
Elisaşvilinin bəyanatı hakim partiyadan olan deputatların hiddətinə səbəb olub və şifahi mübahisə az qala davaya çevrilib.
Parlamentin sədri Şalva Papuaşvili deputatlardan “Rusiya qanunu” sözünü işlətməməyi tələb edib.
Sonra spiker Aleko Elisaşvilini iclas zalından çıxarıb.