Tayvan yaxınlığında 7,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ nəticəsində dörd nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.
Adanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, bu, son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələ olub. Birinci zəlzələdən dərhal sonra 6,6 bal gücündə ikinci zəlzələ baş verib. Daha sonra Tayvanın şərqində maqnitudası 5,4-ə qədər olan daha dörd zəlzələ qeydə alınıb.
İlk yeraltı təkanlardan təxminən 15 dəqiqə sonra “NHK” telekanalı sunaminin Tayvan sahillərindəki Yonaquni adasına çatdığını bildirib. Tayvanın Hualien şəhərində isə bir neçə bina dağılıb, 87 mindən çox ev güclü zəlzələdən sonra işıqsız qalıb, Quançjouda qatarların hərəkəti dayandırılıb.