Belarus müharibəyə hazırlaşır - Lukaşenko

Aleksandr Lukaşenko bəyan edib ki, Belarus müharibəyə hazırlaşır, lakin müharibə istəmir. “Belta” dövlət agentliyi xəbər verir ki, o, bunu Qrodnoya işgüzar səfəri zamanı deyib.

“Bizim döyüşmək istədiyimizə heç kimə inanmayın. Biz müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm. “Sülh istəyirsənsə, müharibəyə hazırlaş” - bunu mən fikirləşməmişəm. Bu, çox düzgün deyilib”, - Lukaşenko bildirib.

Onun sözlərinə görə, Belarusda müvafiq bölmələr hazırlanır, qoşunlara müxtəlif növ silah və texnika verilir.

“Oradan [dost olmayan ölkələrdən] kimsə bizi tənqid edirsə, bilin ki, biz düzgün iş görürük. Əgər orada bizi tərifləməyə başlasalar, bu, fəlakətdir”, - Lukaşenko deyib.

O, əlavə edib ki, Belarus heç kimi təhdid etmir: “Bizə kimisə hədələmək lazım deyil. Biz başqasının torpağını istəmirik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ