Paşinyan istefa verir - KİV

Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş bölgəsində vəziyyəti sabitləşdirmək üçün istefa verəcək.

Bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.

Bildirilir ki, baş nazir məsələ ilə bağlı toplantı keçirib.

“Azərbaycanın anklavlarla bağlı tələbləri o qədər güclənib ki, Paşinyan müvəqqəti hökumətdən istefa vermək qərarına gəlib, bununla özünü və hökumətini “xilas” etmək fikrinə düşüb”, – qəzet iddia edir.

Nəşrin məlumatına görə, Ermənistanda növbədənkənar parlament seçkilərinin sentyabrın 10-da keçirilməsi nəzərdə tutulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ