Naxçıvana uçan təyyarə Lənkəranda təcili eniş etdi

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə Lənkərana eniş edib. 

Bu barədə məlumatı AZAL yayıb.

Bildirilir ki, Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, AZAL-ın J2-253 Bakı (GYD) - Naxçıvan (NAJ) reysində hava gəmisinin kapitanı Lənkəran hava limanına (LLK) enmək qərarına gəlib. Təyyarə yerli vaxtla saat 15:08-də təhlükəsiz yerə enib.

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana çatdırılacaq.

Bildirilib ki, ehtiyac olduğu təqdirdə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri olan hər şeylə təmin ediləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ