Taksi sürücülərinə şad xəbər: Yeni tələblər barədə bunları bilməlisiniz - video

Xəbər veridiyimiz kimi taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiq edilib.

Avtosfer.az xəbər verir ki, Nazirlər Kabinetinin taksilərə dair təsdiqlədiyi avtomobillərin buraxılış ili ilə bağlı tələb barədə hüquqşünas Ərşad Hüseynov danışıb.

O, bildirib ki, qərarda qeydiyyat şəhadətnaməsi əsasında buraxılış ili 8 ildən artıq olan avtomobillər üçün buraxılış kartı verilməyəcəyi bildirilir: 

“Amma qərarda həm də göstərilir ki, taksi, yük avtomobillərindən 15 ilədək müddətdə istifadə oluna bilər. Təsdiqlənən tələblərə əsasən 8 il ilə bağlı tələb iyul ayının 1-dən sonra qüvvəyə minəcək. Yəni, bu o demək deyil ki, 8 ildən yuxarı yaşı olan avtomobillərdən heç bir halda taksi kimi istifadə oluna bilməz. 

Belə ki, buraxılışı 14 ili keçməyən avtomobillər taksi kimi fəaliyyət göstərmək istəyirsə, o zaman iyul ayının 1-nə qədər avtomobilini digər tələblərə uyğunlaşdırıb, Yerüstü Nəqliyyat Agentliyinə müraciət edib, buraxılış kartını ala bilər. Əgər 8 ildən yuxarı yaşı olan avtomobillər üçün buraxılış kartı göstərilən tarixə qədər alınmasa, sonra bu mümkün olmayacaq. Amma kart alınsa, həmin avtomobillərin yaşı 15-ə çatana qədər taksi kimi istifadə oluna bilər”.

Hüquqşünas daha bir incə məqam barəsində də danışlıb. Bildirib ki, avtomobilin 7 il 11 ay yaşı varsa və bu avtomobil üçün buraxılış kartı alınıbsa, kart yeddi il müddətinə verildiyi üçün tarixin sonuna kimi, yəni avtomobilin yaşı 15-ə çatana qədər ondan taksi kimi istifadə edilə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ