Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Buta.media xəbər verir ki, Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Balakən Rayon Polis Şöbəsinin rəis müavini polkovnik-leytenant Qədim Həsənov vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə Q.Həsənov Şəmkir RPŞ-nin Zəyəm polis bölməsinin rəisi vəzifəsinə təyin edilib.