UEFA Elvin Cəfərquliyevi tüpürdüyünə görə cəzalandırdı - Video

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Avropa Liqasının pley-off mərhələsində Bakıda “Braqa”ya uduzduqları oyunda hakimə qarşı təhqiredici davranışına görə (hakimə tüpürdüyünə görə) cəzalanıb.

UEFA müdafiəçiyə referiyə tüpürdüyünə görə daha 1 oyunluq cəza verib.

E.Cəfərquliyev həmin matçdakı qırmızı vərəqəyə görə Avroliqanın 1/8 finalının ilk görüşündə Bakıda “Bayer”ə (Leverkuzen) qarşı keçirilən matçı buraxmışdı.

Lakin qitə futbol qurumu hakimə qarşı davranışına görə onu daha bir oyunluq cəzalandırıb. Nəzərə alsaq ki, müdafiəçi “Bayer”lə Almaniyada keçirilən matçda da qırmızı vərəq almışdı, o zaman E.Cəfərquliyev növbəti mövsümdə “Qarabağ”ın iki avrokubok matçında meydanda ola bilməyəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ