Müslüm Maqomayevin hitini italyan müğənnisi oxudu - VİDEO

Azərbaycanın xalq artisti Emin Ağalarovla İtaliyanın opera və estrada ifaçısı Alessandro Safina birlikdə əfsanəvi Müslüm Maqomayevin "Sinyaya veçnost" (Mavi əbədiyyət) mahnısını italyan və rus dillərində səsləndiriblər.

 
2019-cu ildə bu mahnının Müslüm Maqomayev tərəfindən bəstələnməsindən və ifasından 50 il ötür. Qeyd edək ki, mahnının sözlərinin müəllifi Gennadi Kozlovskidir.
 
Alessandro Safina "Mavi əbədiyyət"i ilk dəfə taksidə olarkən radioda eşidib və dərhal da ona aşiq olub. Bu mahnı onun ifasında "Jara" beynəlxalq musiqi festivalında yalnız italyan dilində səsləndirilib. Mahnının sözlərini italyan dilinə onun dostu tərcümə edib.
 
"Mən çox istədim ki, onu çox sevdiyim Maqomayev kimi ləyaqətlə ifa edim" - Safina etiraf edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ