Emin Ağalarov azərbaycanlı müğənniyə vəzifə verdi

Azərbaycanlı ifaçı Bəxtiyar Əliyev (Bahh Tee) Rusiyada fəaliyyət göstərən Jara radiosunun (Jara FM) baş prodüseri təyin olunub.

Buta.media xəbər verir ki, bu barədə B.Əliyev sosial şəbəkədə məlumat yayıb.

Onu bu posta Azərbaycanın xalq artisti Emin Ağalarov gətirib. 

“Mənim dostum və tərəfdaşım Emin Ağalarov “Jara FM” radiostansiyasının rəhbərliyini mənə həvalə etdi. Bu həftədən etibarən “Jara FM”in baş prodüseri vəzifəsini icra edirəm. Bir il bundan öncə  “Zhara Music” “leybl”ını çıxaranda burada bir post paylaşdım ki, bu, gələcəkdə uğur qazanacaq. Bu gün yeni bir hekayə başladırıq və ilk etdiyimiz şey, yayımlanan məzmun və mahnıların keyfiyyətini artırmaqdır.  Artıq bu dəyişikliyi elə bu həftədən hiss edəcəksiniz”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ