Türkiyədə uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən “Yeşilçam” aktrisası Bahar Öztan vəfat edib.
Bu barədə oğlu Yiğit Çolak sosial media hesabında paylaşım edib.
Daha əvvəl 3 dəfə xərçənglə mübarizə aparan 61 yaşlı aktrisanın müalicə aldığı xəstəxanada öldüyü bildirilir.
Qeyd edək ki, Bahar Öztan 11 avqust 1962-ci ildə İskenderunda anadan olub. O, aktrisalığa reklamlarda çəkilməklə başlayıb. İctimaiyyət arasında “qəmzəli gözəl” kimi tanınan aktrisa “Ortadirek Şaban”, “Doktor Civanım”, “Eşq qapını döyər” və s. kimi bir çox filmdə rol alıb.