Azərbaycana yaz fəsli daxil olub. Ölkəmizə bu il yaz fəsli martın 20-də saat 07:06-da daxil olub.
Bu gündən gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edib göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində yaz fəsli başlayır.
Qeyd edək ki, Şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-də saat 00:50-də baharı yay əvəz edəcək.