Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Bu barədə səfir “X” hesabında paylaşım edib.
Onun sözlərinə görə, görüşdə Qəzzada baş verən son hadisələr və ikitərəfli əlaqələr nəzərdən keçirilib. Eləcə də iki qonşu dövlət arasında münasibətlərdə yeni fəsil açılmasının vacibliyi vurğulanıb.