“Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa edəcəyi mahnı təqdim olunub.
Mahnı müsabiqənin rəsmi Youtube səhifəsində yerləşdirilib.
Mahnının müəllifi bu il ölkəmizi “Avroviziya”da təmsil edəcək Fahree - Fəxri İsmayılov özüdür.
Müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirən mahnının üzərində Fahree ilə birgə gənc, istedadlı yerli musiqiçilər - Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles çalışıblar.
Mahnının muğam hissəsini digər təmsilçimiz İlkin Dövlətov ifa edib.
Xatırladaq ki, təmsilçilərimiz İsveçin Malmö şəhərində mayın 7-də səhnəyə çıxacaqlar.