Məktəbli 4 yaşlı qızı seldən qurtardı - Şəkil hədiyyə etdilər

“VI sinif şagirdi Dəyanət İsrafilov 4 yaşlı Qızbikəni sel sularından xilas edib”.

Buta.media xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, çayda batan 3 yaşlı Yusifi isə xilas etmək mümkün olmayıb:

“Şəkildə gördüyünüz bu oğlanın adı Qubanın Cimi kənd orta məktəbinin VI sinif şagirdi İsrafilov Dəyanətdir. Dəyanət həmkəndlisi, 4 yaşlı Qızbikəni sel sularından xilas edib. Çayda batan 3 yaşlı Yusifi isə xilas etmək mümkün olmayıb.

Dəyanəti Quba Rayon İcra Hakimiyyətinin başçısı qəbul edib və ona Milli qəhrəman Mübariz İbrahimovun portretini hədiyyə edib.
Əhsən!”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ