Azərbaycanda qohum evlilikləri qadağan oluna bilər

Əmi, xala uşaqları arasında evlilik qadağan oluna bilər.

APA xəbər verir ki, bunu Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov bu gün keçirilən “Qohum nikahları” ilə bağlı ictimai müzakirədə deyib.

O bildirib ki, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur: 

“Bu, əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir. Burada faktiki vəziyyət göstərir ki, uzun illərdir aparılan maarifləndirmə işlərinə baxmayaraq problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ