"Palmali Dənizçilik" şirkətinin rəhbəri Mübariz Mənsimov Məmməd Əmin Rəsulzadə gəmisinin yeni fotolarını paylaşıb.
Buta.media xəbər verir ki, 28 May Respublika Günü ərəfəsində gəminin ilk görüntüləri yayılmışdı.
Bundan sonra bir sıra saytlarda iş adamı haqda iddialar yer aldı. İddia olundu ki, Mənsimov şirkətin balansındakı köhnə gəmini rənglətdirərək ona Rəsulzadənin adını verib.
Qeyd edilirdi ki, gəmi əslində 21 il əvvəl Rusiyanın Volqoqrad limanında inşa edilən və şirkətin balansında olan "Adriatic Mariner" adlı 6 min 600 DWT daşıma gücünə sahib tankerdir.