Avtobus sürücüsü sükan arxasında tum çırtlayıb video izlədi

Sosial şəbəkələrdə “Baku Bus”a məxsus 211 nömrəli marşrut avtobusunun sürücüsünün təhlükəsizlik qaydalarını kobud şəkildə pozmasını əks etdirən görüntülər yayılıb.

Videoda sürücünün avtomobil yolunda mobil telefon izləməsini və günəbaxan tumu çırtlamasını görmək mümkündür.

Görüntülərdən də aydın olur ki, sürücü yola baxmaq əvəzinə nəqliyyat vasitəsində daşıdığı sərnişinlərin həyatını riskə ataraq video izləyir.

Qeyd edək ki, 211 nömrəli marşrut Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi - “Sədərək” Ticarət Mərkəzi istiqamətində hərəkət edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ