Əl-Bağdadi haralarda “fırlanır”?

İraqın kəşfiyyat xidmətinin məlumatlarına görə İŞİD terror təşkilatının lideri Əbu-Bəkr əl-Bağdadi ölkənin Suriya və Türkiyə ilə həmsərhəd rayonlarındadır, müntəzəm olaraq yerini dəyişir. 

Hərbi kəşfiyyatın rəisi Səid Mojer əl-Allakın bildirdiyinə görə İŞİD terrorçuları İraq və Suriyanın sərhəd rayonlarında, əsasən Homs əyalətində, Anbar səhrasında, Mosuldan cənubda və İraq, Türkiyə, Suriya sərhəd üçbucağında kiçik qruplar halında fəaliyyət göstərirlər. Çünki həmin rayonlar hökumətin nəzarəti altında deyil.

Əl-Allak Rusiya, İraq, Suriya və İranın formalaşdırdığı antiterror koordinasiya mərkəzinə rəhbərlik edir. O bildirib ki, cihadçılar ərazilərə nəzarət etmək imkanlarını itiriblər və şəhərlərdə, səhralıq rayonlarda “yatmış” yuvalara stavka edirlər.

“Bizim kəşfiyyat məlumatları və həbs edilən İŞİD iderlərinin ifadələri göstərir ki, qruplaşmanın üzvləri arasında ciddi ixtilaflar var, onlar bizim qüvvələrimizin keçirdiyi preventiv əməliyyatlar nəticəsində ciddi itkilər verirlər”, - kəşfiyyat rəisi bildirib.

Generalın sözlərinə görə, İŞİD özəkləri öz fəaliyyətlərini bərpa edə bilməzlər, çünki təhlükəsizlik qüvvələrinin əməliyyatları nəticəsində çoxlu itkilər verərək demoralizə olublar.

Xatırladaq ki, bu yaxınlarda İŞİD lideri əl-Bağdadi 5 illik fasilədən sonra ilk dəfə üzə çıxıb və videorolik yayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ