Növbəti aylarda havanın temperaturu 40 dərəcədən yüksək olacaq - Nazirlik

"İyun ayının ilk günlərindən ölkə ərazisində hava şəraiti isti keçir, çoxillik norma göstəriciləri ilə müqayisədə havanın temperaturu regiondan asılı olaraq 5-7 dərəcə yüksəkdir".

Buta.media məlumat verir ki, APA-nın xəbərinə görə, bu sözləriEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, keçən ilin iyun ayının ilk günlərində Bakıda havanın temperaturu 24-25 dərəcə təşkil edirdi: "Bu ilin iyun ayında isə keçən illə müqayisədə temperatur 8-10 dərəcə yüksəkdir. Hazırda Bakıda 35 dərəcə isti müşahidə olunur. Həftənin sonuna qədər hava şəraitində ciddi dəyişiklik olmayacaq və temperatur yüksək olacaq".

U.Tağıyeva qeyd edib ki, iyun ayında müşahidə edilən temperatur göstəriciləri daha çox iyul-avqust ayları üçün səciyyəvidir: "İyun ayı üçün verilən proqnozda qeyd edilmişdi ki, bu ay həmişəkindən isti olacaq. Son illərdə hər il yüksək temperatur göstəriciləri iyul-avqust aylarında müşahidə olunub. Ona görə həm iyul, həm də avqust ayında temperaturun ayrı-ayrı dövrlərdə 40 dərəcədən yüksək olacağı dagözlənilir".

U.Tağıyeva yüksək temperaturunqonşu ölkələrdə də müşahidə edildiyini deyib: "İyun ayının ilk günlərindən dayanıqlı cənub axınları ölkə yerləşdiyi regionda temperaturun yüksəlməsinə səbəb olub".

Mütəxəssis müşahidə olunan yüksək temperatura görə dəniz suyunun temperaturu barədə məlumatların da artıq verildiyini qeyd edib: "Adətən, çimərlik mövsümü ilə bağlı dəniz suyunun temperaturu barədə məlumat iyunun 15-dən verilir. Lakin anormal isti hava şəraiti ilə əlaqədar dəniz suyu ilə bağlı açıqlama iyunun ilk gününə təsadüf etdi. Bu da insanların vaxtından əvvəl çimərliklərə üz tutmasına səbəb olur".

Departament direktoru isti hava şəraiti ilə bağlı tövsiyə edib: "Ən yüksək temperatur 11:00-dan 17:00-a qədər müşahidə edilir. Bu müddət ərzində günəş şüalarının birbaşa təsiri altında olmaq xüsusilə uşaqlar üçün təhlükəlidir. Ona görə insanları, xüsusilə yaşlı şəxsləri ehtiyatlı olmağa çağırırıq".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ