İlon Mask dünyanın ən zəngin insanı statusunu itirib

Amerikalı sahibkar, “Tesla” və “Space X” şirkətlərinin qurucusu İlon Mask dünyanın ən zəngin insanı statusunu itirib. Bunu “Bloomberg”in dərc etdiyi “Milyarderlərin indeksinin” məlumatları sübut edir.

Reytinqdə birinci yeri “Amazon”un qurucusu Ceff Bezos tutub. Onun sərvəti bir gecədə 500 milyon dollar azalıb, lakin illik ifadədə 23,4 milyard dollar artaraq 200 milyard dollar olub. Maskın kapitalı isə 198 milyard dollara düşüb. Bu yaxınlarda o, 17,6 milyard, bir ildə isə 31,3 milyard itirib.

Reytinqdə üçüncü yerdə Fransanın LVMH şirkətlər qrupunun sahibi Bernard Arno qərarlaşıb. Hazırda onun sərvəti 197 milyard dollardır. İl ərzində 18,3 milyard artıb. İş adamının kapitalında sonuncu dəyişiklik 1,84 milyard dollar təşkil edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ