Bakıda dəmiryol xətlərinin sökülmə səbəbi bilinib.
Oxu.Az-ın məlumatına görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında yer alan şəhərdaxili hibrid yaşıl dəhlizlərlə əlaqəlidir.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, görüntüləri yayılan tikinti işləri köhnə dəmiryol xəttinin ərazisindədir:
“Hazırdakı söküntü Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında nəzərdə tutulan hibrid dəhlizlərdən biridir. Limana gedən köhnə dəmiryolu və Cavanşir körpüsündən yük stansiyasına, Gənclik istiqamətində bu dəhliz yaradılacaq. Bu da imkan verəcək ki, vətəndaşlar Gənclikdən bulvara doğru rahat şəkildə gedə bilsinlər. Eyni zamanda, ərazidən tramvay xətinin olması da planlaşdırılır”.