Saxlanıldığı deyilən icra başçısının birinci müavini açıqlama verdi

Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı məlumat yayılıb.

Həmin məlumatda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədov saxlanıldığı deyilir. 

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Saxlanıldığı deyilən icra başçısının birinci müavini Səməd Tomuyev İcra Hakimiyyətində əməliyyat keçirilməsi xəbərini təkzib edib:

“Mən işimin başındayam. Təəssüf ki, bəzi informasiya saytlarında həqiqəti əks etdirməyən məlumatlar yer alıb. Bu məlumatlar yalandır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ