Qazaxıstanda güclü zəlzələ olub - video

Qazaxıstanda 6.1 bal gücündə zəlzələ baş verib. Bu barədə Qazaxıstan “Telegram” kanalları məlumat yayıblar.

Qeyd olunub ki, zəlzələ paytaxt Almatıda daha güclü hiss olunub.

Hələlik ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

Almatıda həyəcan siqnalları işə düşüb, sakinlər evlərini tərk edərək küçəyə çıxıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ