Səhhəti yenidən pisləşən müğənni Zeynəb Həsəni Türkiyəyə aparılıb.
Bu haqda Zaur Nəbioğlu aparıcısı olduğu “Rəngarəng səhər” verilişində məlumat verib.
Zaurun sözlərinə, Zeynəbin verdiyi analizin cavabları yaxşı çıxmayıb və bu səbəbdən müğənni yenidən Türkiyəyə yollanıb.
Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Zeynəb Həsəninin vəziyyəti ağırlaşdığı üçün 2022-ci ildə əməliyyat olunmuşdu.