Azərbaycanlı pulla dolu bağlamanı Türkiyədə zibilliyə atdı - FOTO

Türkiyənin Əskişəhər şəhərində yaşayan azərbaycanlı Elşən İbrahimov pulla dolu bağlamanı yanlışlıqla zibilliyə atıb.

Buta.media Türkiyə KİV-nə istinadən xəbər verir ki, Elşən qardaşı Vüqar ibrahimova məxsus, içərisində 7 min 401 dollar, 800 avro və 10 manat olan sellofanı zibil qutusuna atıb.

Vəziyyəti daha sonra başa düşən Elşən dərhal jandarmaya müraciət edib.

Qısa müddət sonra azərbaycanlı qardaşların pulu Əskişəhər-Seyitqazi yolu üzərində yerləşən zibillikdən tapılaraq təhvil verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ