Məşhur türkiyəli “tiktoker” Furkan Ağluç azərbaycanlı nişanlısı Nia Qurbanovanı bağışlayıb.
Cütlüyün nişandan bir ay sonra onların ayrılmasına qızın dostu, bloger Sabir Samiroğlu ilə liftdə lentə alınan və sosial şəbəkələrdə yayılan intim videosu səbəb olub.
Nia nişanlısından ayrılacağından çox narahat olub, depressiyaya düşüb və ailəsindən başqa heç kimlə əlaqə saxlamayıb. Görünür, Furkan keçmiş nişanlısının mənfi emosiyalarını görə bilməyib və onu bağışlamaq qərarına gəlib. Nia sosial şəbəkədə nişanlısı ilə birgə bütün videolarını bərpa edib. Bu xəbər cütlüyün pərəstişkarlarını sevindirib. Hazırda onlar toya hazırlaşırlar.
Qeyd edək ki, Nia Gürcüstanda azərbaycanlı ailəsində doğulub. Valideynlərinin təhsili üçün pulu olmadığına görə məktəbi yarımçıq qoyub, əvvəlcə tikişçi, sonra isə stilist işləyib.
Daha sonra Nia Bakıya köçüb, sosial şəbəkədə səhifə açıb və bloqunu tanıtmağa başlayıb. Onun məşhurlaşmasına azərbaycanlı rejissor, həm də məşhur blogger Kənan Mahmudov kömək edib.