“Bütün bədxassəli şişlərin 35-40%-i düzgün olmayan qidalanma tərzindən yaranır”.
Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.
O qeyd edib ki, düzgün qidalanma bir çox xəstəliklərin qarşısını alır: “Xərçəng xəstəliyinin əmələ gəlməsində əsas faktor kimi qidalanma mühüm yer tutur. Bu bir həqiqətdir ki, xəstələrdə pəhriz, düzgün qidalanma müalicənin bir hissəsi kimi tətbiq olunur”.