Ronaldu Messinin adını səsləndirən azarkeşlərə nalayiq jest göstərdi - video

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının (SAFF) İntizam Komitəsi “Əl-Nasr”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu ilə bağlı “Əş-Şəbab” azarkeşlərinə nalayiq jest göstərdiyi üçün araşdırmalara başlayıb. Bu barədə “Asharq Al-Awsat” məlumat yayıb.

Fevralın 25-də Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunun matçında “Əl-Nasr” səfərdə “Əl-Şəbab”ı 3:2 hesabı ilə məğlub edib. Ronaldu penalti qolu ilə hesabı açıb.

Matçdan sonra azarkeşlər Messinin adını səsləndirməyə başlayıblar. Buna cavab olaraq Ronaldu onlara tərəf dönüb və əlini bir neçə dəfə qasıq nahiyəsində yelləyib.

Fevralın əvvəlində məğlubiyyətdən sonra Ronaldu şortunun içinə rəqibinin simvolları olan şərfi salmışdı. 

Kriştianu Ronaldu 2022-ci ilin dekabr ayının sonunda “Əl-Nasr” klubuna keçib. O, “Əl-Nasr” və Portuqaliya millisinin heyətində 54 qol vuraraq 2023-cü ilin bombardiri olub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ