Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Azərbaycana yeni səfir təyin edib.
Bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayıb.
Qeyd edək ki, Yuri Qusev Ukrayna Müdafiə Nazirliyində, müxtəlif dövlət orqanlarında işləyib və Xerson Vilayət Dövlət Administrasiyasının rəhbəri vəzifəsində çalışıb. O, 2020-ci ilin dekabrında “Ukroboronprom”un direktoru olub.
İyun ayında Ukrayna Prezidenti “Ukroboronprom” Dövlət Konserninin baş direktoru Yuri Qusevi vəzifəsindən azad edib.
Xatırladaq ki, bu təyinatadək Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevskyi idi. O, bu posta 2019-cu ildə təyinat almışdı.