Ağdamda 4 il əvvəl itkin düşən 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığı deyilən və həmin vaxtdan itkin kimi axtarılan qızın atası tərəfindən qətlə yetirildiyi və həyətdə basdırıldığı bildirilib.
Məlumatla əlaqədar ailənin yaşadığı İmanqulubəyli kəndindəki həyətdə qazıntı aparılıb. Lakin meyit və ya insan qalıqları aşkar edilməyib. Hazırda araşdırma və axtarışlar davam etdirilir.
Qeyd edək ki, APA İmamqulubəyli qəsəbəsində 4 ildir itkin düşən 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızının atası tərəfindən öldürülməsi və meyitinin bu gün tapılması barədə məlumat yayıb. Lakin sonradan Nübar Nəcəfovanın sağ olması, onun böyük bacısı, 1996-cı il təvəllüdlü Nərgizin itkin düşmüş şəxs kimi axtarılması dəqiqləşib.