Bakıda qızlarına şiddət göstərən ata həbs olundu - video

Qızlarına şiddət göstərən Elnur Məmmədov barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Bu barədə DİN-in Mətbuat xidmətində bildirilib.

Xatırladaq ki, daha əvvəl sosial şəbəkədə Bakıda kişinin azyaşlıya qarşı zorakılıq etməsini əks etdirən görüntülər yayılıb. Videoda onun balaca qıza qarşı kobud davranması, saçını dartması və başına güclü zərbələr vurması görünür. Bundan qorxan uşaq ağladığı zaman isə kişi azyaşlıya bunu belə irad tutur.

DİN-in Mətbuat xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov bildirib ki, azyaşlıya qarşı zorakılıq edən Bakı sakini Elnur Məmmədov barəsində cinayət işi başlanılıb: 

“Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədilməsi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Elnur Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ