Zelenski Kupyanskda cəbhə xəttinə gedib

Fevralın 19-da Ukrayna Prezidenti Volodimir Zelenski Kupyansk vilayətində cəbhə xəttinə gedib.

“RBC-Ukraina” xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

“Zelenski Xarkov vilayətinə səfəri zamanı Kupyanskın müdafiəsi üzrə döyüş tapşırıqlarını yerinə yetirən “Böyük Knyaz Roman” adını daşıyan 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın batalyon komandanlıq məntəqəsinə baş çəkib”, - qeyd edilib.

Bildirilib ki, Ukrayna dövlət başçısı briqada komandiri polkovnik-leytenant Aleksey Trubnikovun cəbhənin bu hissəsindəki əməliyyat vəziyyəti və Müdafiə Qüvvələrinin bir-birinə yaxın bölmələri ilə qarşılıqlı əlaqə haqqında məruzəsini dinləyib.

Xatırladaq ki, “Forbes” bu yaxınlarda məlumat vermişdi ki, Rusiya tərəfi Kupyansk yaxınlığında 500 tank, 600-ə qədər döyüş maşını, yüzlərlə haubitsa və 40 min hərbi qulluqçu toplayır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ