Bakıda ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı iddialar davam edir.
Həmin iddialardan bir neçəsi “Space” TV-nin efirində yayımlanan “Gəl, danış“ verilişində səsləndirilib.
Belə ki, Əhməd Əhmədovun qonşusu Əfsanə xanım onların ailələrində bir müddətdir mübahisələrin olduğunu deyib:
“Həmin ailə bir neçə aydır ki, buraya köçüb. Hamı deyir ki, Əhmədin öldürdüyü bacısı onun atasının ilk nikahından dünyaya gəlib. Əhməd isə atasının Pikə xanımdan olan övladıdır”.