Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlu bu gün günorta saatlarında yaşadığı evdə intihar edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
Ağamir Məmmədovun intihar etməsinin səbəbləri məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Gəncə şəhərində 12 yaşlı A. Məmmədovun intiharı ilə bağlı oxuduğu M.P. Vaqif adına 8 nömrəli məktəbdən açıqlama verilib:
“12 yaşlı A. Məmmədov tərbiyəli, şən, dərslərə vaxtında gələn uşaq olub. Məktəbin müəllim kollektivi də hadisə ilə bağlı sarsıntı keçirib”.