Polşada iki aylıq uşağı ilə birlikdə itkin düşən azərbaycanlı Adilə Mehdiyevanın meyiti tapılıb.
Bu barədə Polşa mətbuatı məlumat yayıb.
Onun meyiti Oder çayında aşkarlanıb.
“Meyiti su polis bölməsinin polisləri tapıb. Belə bir vəziyyətdə onun kimliyini müəyyən etmək çətindir. Amma bizim polislər geyiminə görə onun qadın olduğuna inanırlar. Biz onu da təxmin edirik ki, bu, itkin düşən Adilə ola bilər. Lakin o, uşaqsız, tək tapılıb”, - Vroclaw əyalətinin polis idarəsinin mətbuat xidmətindən Aleksandra Pieprzycka bildirilib.
Qeyd edək ki, Adilə Mehdiyeva ötən ilin 17 dekabr tarixində iki aylıq övladı ilə birlikdə itkin düşmüşdü.