Aktyor və keçmiş peşəkar amerikalı futbolçu Karl Uezers fevralın 1-də 76 yaşında vəfat edib. “”
Uezers daha çox “Rokki” filmlər seriyasında Apollon Kred obrazı ilə məşhurlaşıb. O, həmçinin “Yırtıcı” filmində Corc Dillon, “Xoşbəxt Gilmor” filmində Çabbs Peterson rollarını oynayıb. Uezers “Mandaloriyalı” serialındakı Qrif Karq roluna görə Emmi mükafatına namizəd olub.
Uezers 1970-1971-ci illərdə “Oklend Reyders” klubunda müdafiəçi oynayıb, daha sonra Kanada Futbol Liqasında qısa müddət ərzində çıxış edib. O, 1970-ci illərdə peşəkar futboldan ayrıldıqdan sonra aktyorluq karyerasına başlayıb. Uezers bir neçə filmin rejissoru və prodüseri kimi çıxış edib.