Bakıda dava: Məsələyə Fira qarışdı - VİDEO

Bakının “Şamaxinka” adlandırılan ərazisində minik avtomobil sürücüsü ilə 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsü arasında insident baş verib.

Buta.media-nın məlumatına görə, “Qafqazinfo” xəbər verir ki, baş verənlərin şahidi olan tanınmış aparıcı Firuzə (Fira) Cəlilova bu haqda İnstaqram hesabında məlumat verib.

Cəlilova bildirib ki, mayın 31-də saat 20:30 radələrində yaşanan hadisə zamanı minik avtomobil sahibi avtobus sürücüsünü yol verməməkdə ittiham edərək, soyuq silahla onun üstünə hücum edib, təhqiredirici sözlərdən istifadə edərək cəmiyyət içərisində onun şərəf və ləyaqətini alçaldıb.

Aparıcı onu da əlavə edib ki, avtobus sürücüsünə dəstək olmaq və münaqişənin sülh yolu ilə həll olunmasına cəhd göstərən “Bakubus” MMC-yə məxsus avtobusun sürücü də minik avtomobilinin sahibi tərəfindən təhqir olunub. Daha sonra minik avtomobilin sürücüsü  yanğınsöndürən balonla “Bakubus”un sürücünə xəsarət yetirmək istəyib. Lakin ətrafdakı insanların köməyi ilə təhlükə sovuşub.

Bütün baş verənləri ətraflı şəkildə sosial şəbəkə hesabında yazan aparıcı aidiyyatı qurumlara səslənib:

“Xahiş edirəm, müvafiq orqanlar tərəfindən bu gənc haqqında qətimkan tədbirləri görülsün”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ