Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 ayda (31.12.2023-31.01.2024) 325 yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 834 630 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 824 089 nəfər müalicə olunaraq sağalıb, 10 400 nəfər vəfat edib, aktiv xəstə sayı 141 nəfərdir.
Ölkədə son ay ərzində 14 333, hazırkı dövrədək isə 7 748 050 test aparılıb.
Eyni zamanda, Azərbaycanda son bir ayda koronavirus (COVID-19) əleyhinə 281 vaksin vurulub.
Bir ayda birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 183, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 29 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 970 733, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 680, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 398, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 406 119, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 536 nəfər təşkil edir.