“Afiyəddin məcburi müalicədədir” - DİN

“Görüntüləri yayılan Əli-Afiyəddin Cəlilov sağlamlığında olan psixoloji problemləri ilə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir”.

Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, 2009-cu il təvəllüdlü yeniyetmənin müalicəsi davam etdirilir:

“Yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur”.

Qeyd edək ki, dünən A.Cəlilovun sosial şəbəkədə yeni video yayması barədə iddialar yayılmışdı.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ