Masallıda 30 yaşlı kişini döyüb öldürdülər

Masallıda 30 yaşlı kişi döyülərək öldürülüb.

Bu barədə rayon prokurorluğu məlumat yayıb.

Məlumatda deyilir ki, yanvarın 27-də Masallı rayonu Musaküçə kənd sakini 30 yaşlı Elnur Məmmədovun ölməsi barədə prokurorluğa məlumat daxil olub.

İlkin araşdırma zamanı 28 yaşlı Nurlan Nuriyevin yanvarın 21-də aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elnur Məmmədovun baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə çoxsaylı xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Nurlan Nuriyev qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ