Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı general Valeri Zalujnının vəzifəsindən azad edildiyi bildirilib.
Bu barədə Ukraynanın keçmiş deputatı Borislav Bereza və Radanın hazırkı deputatları Dmitruk və Qonçarenko məlumat veriblər.
Öz növbəsində yerli jurnalist Roman Tsimbalyuk Zalujnının yerinə Baş Kəşfiyyat İdarəsinin rəisi Budanovun təyin olunduğunu qeyd edib.
Hələlik məlumat tam təsdiqini tapmayıb.