“Vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən şəxs xəstəxanaya yerləşdirilib”.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, yetkinlik yaşına çatmayan şəxs A.C. valideyni ilə birgə polis idarəsinə dəvət olunub və araşdır aparılıb:
“Valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub”.