“Ordu “ucuz tost obyekti” olmamalıdır”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, hərbi yaşda olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur:
“Bu o deməkdir ki, ya bizim nəslin səhhətində ciddi problemlər var, ya da bu sahə korrupsiya üçün ən çiçəklənən mühit olaraq qalır. Tibb rəsmiləri, hərbçilər və ictimaiyyət bu sahədə bir-biri ilə müttəfiqdir”.
Paşinyan həmçinin döyüşə hazır ehtiyat qüvvələrin olmasının vacibliyini qeyd edib.