Bakı metrosunda qadın özünü qatarın altına atdı - YENİLƏNİB

Bakı metrosunda dəhşətli hadisə baş verib.

Buta.media xəbər verir ki, metronun “28 May” stansiyasında bir nəfər özünü qatarın altında atıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan bir qadın özünü “Həzi Aslanov”dan “28 May” üzrə hərəkət edən qatarın altına atıb. İntihar etmək istəyən qadın sağ qalıb. O, xilas edilərək, təcili tibbi yardıma təhvil verilib.

Hadisə nəticəsində qatarların hərəkətində fasilə yaranıb. Lakin artıq hərəkət bərpa olunub.

09:51

Metronun "28 May” stansiyasında intihar hadisəsi baş verib.

Buta.media məlumat verir ki, AZXEBER.COM-a hadisə şahidlərinin verdiyi xəbərə görə, qatarın gəlişini gözləyən şəxsiyyəti məlum olmayan şəxs özünü relslərin üzərinə atıb. 

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ